Mərkəz yüksək ixtisaslı həkimləri, müasir tibbi avadanlıqları, geniş xidmət sahələri ilə, həmçinin xəstələrin müalicəsində ən son elmi nailiyyətlərə əsaslanan metodlardan istifadə etməsi ilə regional səhiyyə sahəsində liderə çevrilib.



-3530894852.jpg)
Tibb müəssisəsinin əsas missiyası vətəndaşlara müxtəlif sahələr üzrə keyfiyyətli tibbi xidmət göstərməkdir. Mərkəzdə ümumi cərrahiyyə, kardiologiya, endokrinologiya, nevrologiya, dermatologiya, urologiya, pediatriya və s. ixtisaslar üzrə xidmətlər təqdim olunur. Burada həkimlər yerli və xarici təcrübələri birləşdirərək, xəstələrə ən yüksək səviyyədə tibbi xidmət göstərirlər.
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xəzər Tibb Mərkəzində təşkil olunan son mediaturda diqqətə çatdırılıb ki, hazırda müəssisə diaqnostik və müalicə məqsədli müasir tibbi avadanlıqlarla, o cümlədən elektromiyoqrafiya, treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya, spirometriya, kolonoskopiya, ultrasəs müayinəsi, bronxoskopiya, kolposkopiya, elektrokardioqrafiya və Avastin inyeksiyası üçün xüsusi avadanlıqlarla təmin edilib. Avastin inyeksiyası prosedurunun yalnız Xəzər Tibb Mərkəzində həyata keçirildiyi bildirilib.




Eyni zamanda, səhiyyə müəssisəsində 7/24 fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya ərsəyə gətirilib. Məlumata əsasən, mərkəzdə yeni dializ xidmətinin təşkili, həmçinin Travma Mərkəzinin qurulması üçün işlərə başlanılıb. Müəssisədə KT və MRT müayinələrinin, endoprotezləşmə və LOR əməliyyatlarının, laparoskopik cərrahiyyə, fakoemulsifikasiya (FAKO) xidmətlərinin istifadəyə verilməsi, habelə Reanimasiya şöbəsində çarpayı fondunun artırılması da mərkəzin rəhbərliyinin əsas hədəflər sırasındadır
Xəzər Tibb Mərkəzinin rəhbərliyi vətəndaşlara tibbi xidmətlə yanaşı şəhid ailələrinə və qazilərə mütəmadi qayğı göstərir. Mərkəzin direktoru Dr. Mübariz Ağayev ötən ay bir sıra şəhid ailələrini ziyarət edərək, Vətən uğrunda canından keçən qəhrəman oğulları yad edib, onların ailə üzvlərinə diqqət və qayğının davam etdiriləcəyini vurğulayıb.
-1765447822.jpg)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


